Əsas Səhifə > Hadisə > Bakıda bir nəfərə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda bir nəfərə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanılıb16-09-2024, 11:25 |
Bakının Nəsimi rayonunda bir nəfərə saxta pul verməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda, bir nəfərə isə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 49 yaşlı S.Zeynalov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |