Əsas Səhifə > Hadisə > Həftəsonu ölkə ərazisində 51 kiloqram narkotik aşkarlanıb

Həftəsonu ölkə ərazisində 51 kiloqram narkotik aşkarlanıb


16-09-2024, 10:53


Polis əməkdaşları sentyabrın 14-də və 15-də ölkə ərazisində 51 kiloqram narkotik vasitə aşkar edərək götürüblər.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan artıq heroin, 34 kiloqrama yaxın marixuana, 7,3 kiloqramdan çox tiryək, 3,1 kiloqrama yaxın metamfetamin, həmçinin 1600 ədəd metadon həbi və 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu olub.

Şəffaflıq.az


Geri qayıt