Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ olub
Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ olub16-09-2024, 09:29 |
Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 14,7 min əhalisi olan Prins-Rupert şəhərindən 268 km cənubda, ocağı 33 km dərinlikdə yerləşib. Zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsinin olmadığı bildirilir. Geri qayıt |