Əsas Səhifə > REGİON > Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır
Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır14-09-2024, 22:22 |
Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” təyyarə istehsalı korporasiyası ilə arsenalında olan “Su-30” qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat verib. O qeyd edib ki, o, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib. “Hindustan Times” qəzetinin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın “Su-30”un korporasiya tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib: “Bu məsələ ilə bağlı aparılan danışıqlar ilkin mərhələdədir. Ermənistanın arsenalında olan “Su-30” variantı Hindistan Hərbi Hava Qüvvələrindəki “Su-30MKI”dən fərqlidir”. Qeyd edək ki, “Hindustan Aeronautics Limited” Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir. Geri qayıt |