Əsas Səhifə > SİYASƏT > Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib


14-09-2024, 17:36


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib.

Şəffaflıq.az-ın məlumatına görə, əklil mərhumənin məzarı üstünə qoyulub.

Qeyd edək ki, F.Səttarova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.


Geri qayıt