Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycana gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb

Azərbaycana gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb


13-09-2024, 14:45


Azərbaycana idxal olunan hind quşu subməhsulunda salmonella bakteriyası aşkarlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “TFL-CO.” MMC-nin Rusiyadan idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan üç hind quşu subməhsulu partiyasından götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.


Geri qayıt