Əsas Səhifə > EKOLOGİYA > Gələn həftə Bakıda və bölgələrdə hava yağmursuz olacaq
Gələn həftə Bakıda və bölgələrdə hava yağmursuz olacaq13-09-2024, 14:41 |
2024-cü ilin sentyabr ayının ötən günləri ərzində havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 sentyabr tarixində 35 dərəcə isti, bölgələr üzrə isə 2-3 sentyabr tarixlərində Naxçıvanda 38 dərəcə isti müşahidə olunub. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. O qeyd edib ki, sentyabr ayının ötən dövrü ərzində əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntı qeydə alınıb. Ümumilikdə bölgələr üzrə 5 gün yağıntılı hava şəraiti olub. Ən çox yağıntı Balakən-Şəki bölgəsinə düşüb. Həmçinin, 13 sentyabr tarixində Şahdağın 3500 metrdən yüksək olan dağlıq ərazilərinə qar yağıb. Geri qayıt |