Əsas Səhifə > REGİON > İran XİN başçısının müavini Ermənistana gedəcək
İran XİN başçısının müavini Ermənistana gedəcək13-09-2024, 12:39 |
İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana səfər edəcək. Şəffaflıq.az “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat verib. Xarici işlər nazirinin müavini onu İrəvana səfərə dəvət edən erməni həmkarı Vaan Kostanyanla telefon danışığı apardığını bildirib. M.Rəvançi səfərinin tarixini dəqiqləşdirməyib. Geri qayıt |