Əsas Səhifə > SİYASƏT > Ermənistanın təxribatları davam edərsə, Azərbaycanın müəyyən cəza addımları atması mümkündür - RƏY

Ermənistanın təxribatları davam edərsə, Azərbaycanın müəyyən cəza addımları atması mümkündür - RƏY


13-09-2024, 12:22


Qərb dövlətləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Ermənistanı silahlandırmaqla Azərbaycanın ev sahibliyinə kölgə salmaq istəyirlər.

O bildirib ki, rəsmi İrəvan Qərb dairələrinin bu məqsədinə şərait yaradır: “Azərbaycan hələ ki, mümkün qədər təmkinli davranacaq. Bunu Ermənistan da, Qərb dairələri də başa düşürlər. Çünki rəsmi Bakı istəməz ki, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşsın. Qərb isə Azərbaycanın bu təmkinli davranışından istifadə edir”.

Ekspert qeyd edib ki, hazırda Ermənistan rəhbərliyi sülh barədə danışsa da, əməldə bunu göstərmir: “Sürətlə silahlanma, Qərb dövlətləri ilə əməkdaşlığın inkişafı da bunu göstərir. Ermənistan əslində çətin vəziyyətdədir. Qərb bölgəyə daxil olmaq üçün rəsmi İrəvandan istifadə edir. İndi bölgəyə gəlmək Qərb üçün çox vacibdir. Çünki bu, ABŞ, Fransa kimi dövlətlərə kommunikasiya xətlərinə nəzarət etmək imkanı yaradır. Eyni zamanda Qərb beləliklə, regiona daha yaxşı təsir edə bilər. Odur ki, kimsəyə lazım olmayan, zəif Ermənistandan istifadə edilir. Ermənistandakı mövcud hakimiyyət isə buna şərait

Şəffaflıq.az


Geri qayıt