Əsas Səhifə > Hadisə > Məhkəmə Əli Kərimli barəsində verilən şikayəti icraata götürüb
Məhkəmə Əli Kərimli barəsində verilən şikayəti icraata götürüb12-09-2024, 12:11 |
Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında edilən şikayəti icraata götürüb. Şəffaflıq.az xəbər verir ki, qərar Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub. Məhkəmənin növbəti prosesi sentyabrın 19-da davam edəcək. Qeyd edək ki, Ə.Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.
Geri qayıt |