Əsas Səhifə > REGİON > Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ ATƏT/DTİHB ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb
Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ ATƏT/DTİHB ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb11-09-2024, 11:12 |
ABŞ Dövlət Departamenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərliyi ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. “ATƏT/DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaəti ilə aralıq hesabat dərc etməsi nəzərdə tutulur”, - məlumatda deyilib. Xidmətdən verilən məlumata görə, iradə ifadəsinin ilk nəticələri dərc edildikdən sonra seçki prosesinin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy təqdim olunacaq. Geri qayıt |