Əsas Səhifə > Hadisə > Bakıda avtomobil 15 yaşlı gənci vurub

Bakıda avtomobil 15 yaşlı gənci vurub


11-09-2024, 10:21


Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, yolu keçən 2009-cu il təvəllüdlü Muxtarov Camal İsmayıl oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Geri qayıt