Əsas Səhifə > Kriminal > Vahid Mustafayevin mağazasını taladılar - 36 min manatlıq oğurluq

Vahid Mustafayevin mağazasını taladılar - 36 min manatlıq oğurluq


14-12-2019, 18:50

 

Bakıda 36 min manat dəyərində saatların oğurlandığı mağaza ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə məxsus olub.

Şəffaflıq.az BakuPost-a istinadən xəbər verir ki, hadisə İzmir küçəsindəki VMF-2 salonunda baş verib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumat yayıb. Məlumata görə, dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.

Araşdırma aparılır.
Geri qayıt