Əsas Səhifə > Hadisə > Paytaxtda marşrut avtobusu piyadanı vuraraq öldürüb

Paytaxtda marşrut avtobusu piyadanı vuraraq öldürüb


10-09-2024, 12:03


Paytaxt Bakıda avtomobil piyadanı vurub

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Akif Ələkbərli idarə etdiyi "Daevoo" markalı marşrut avtobusu ilə piyada - 1971-ci il təvəllüdlü Elmidar Xudiyevi vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Geri qayıt