Əsas Səhifə > REGİON > Rusiyanın bir sıra aeroportlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib
Rusiyanın bir sıra aeroportlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib10-09-2024, 11:59 |
Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako məlumat yayıb. “Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün sentyabrın 10-da Moskva vilayətində üç hava limanının - Vnukovo, Domodedovo və Jukovskinin fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda bildirilib. Bildirilib ki, Vnukovo və Domodedovo Moskva vaxtı ilə saat 01:17-dən, Jukovski - Moskva vaxtı ilə saat 01:46-dan etibarən müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir. Qeyd edilib ki, hava qüvvələri ekipajları, dispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür - bu, əsas prioritetdir. Bundan əlavə, Rosaviasiya Kazan hava limanının fəaliyyətinin də məhdudlaşdırıldığını bildirib. Geri qayıt |