Əsas Səhifə > İdman > İlhamə İsmayılova: Veloyürüşlərin keçirilməsi sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətlidir

İlhamə İsmayılova: Veloyürüşlərin keçirilməsi sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətlidir


30-12-2018, 22:05


Bu yürüşə qatılmaqla qadın velosipedçilər kimi, həmrəyliyimizi nümayiş etdirmək istəyirik. Biz qadınlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Velosiped İdman Klubunda artıq üç ildən çoxdur ki, bu idman növü ilə məşğul oluruq. Velosiped idman növü biz qadınların da çox xoşuna gəlir. Bugünkü veloyürüş Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunub.
Şəffaflıq.az bildirir ki,  Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Gücümüz həmrəyliyimizdir” devizi ilə keçirilən kütləvi veloyürüşün qadın iştirakçısı, DTX-nin Velosiped İdman Klubunun üzvü İlhamə İsmayılova bildirib.
O deyib: “Biz mütəmadi olaraq belə tədbirlərdə iştirak edirik. Bütün idmançıları, qadınları həmrəy olmağı dəvət edirik. Eyni zamanda, istəyirik ki, hər kəs velosipeddən daha çox istifadə etsin və sağlam olsun. Çünki veloyürüşlərin keçirilməsi həm də sağlam həyat tərzini təbliğ etmək baxımından əhəmiyyətlidir. Həm də velosiped ekoloji təmiz nəqliyyat vasitəsi hesab olunur. Ona görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığımı bildirirəm”.
Geri qayıt