Əsas Səhifə > REGİON > İranda güney azərbaycanlı fəalın məhkəmədə ana dilində çıxışını hakim farscaya tərcümə etdirib
İranda güney azərbaycanlı fəalın məhkəmədə ana dilində çıxışını hakim farscaya tərcümə etdirib9-09-2024, 15:00 |
İranda məhkəmədə güney azərbaycanlı ictimai fəal Mürtəza Pərvin müdafiə çıxışını Azərbaycan türkcəsində etdiyindən hakim onu fars dilinə tərcümə etdirməyə məcbur olub. Şəffaflıq.az xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, ictimai fəallar Mürtaza Pərvin, Səid Minai və Aydın Məhəmmədinin məhkəmə iclası keçirilib. Məlumata görə, hazırda Tehrandakı Evin zindanında saxlanılan Mürtaza Pərvin, zaminə buraxılan Səid Minai və Aydın Məhəmmədinin məhkəmə iclası qəddarlığı ilə tanınan hakim Abbas Səlavatinin sədrliyi ilə keçib. Bildirilib ki, onlara “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq” və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” kimi ittihamlar irəli sürülüb. İnformasiyaya əsasən, Mürtəza Pərvin bəzi ittihamlarla bağlı bəraət alsa da, başqa “cinayətlərlə” əlaqədar “təqsirli” bilinir. Geri qayıt |