Əsas Səhifə > MALİYYƏ > Azərbaycan Mərkəzi Bankı "yaşıl kredit"lərlə bağlı təlimat hazırlayıb

Azərbaycan Mərkəzi Bankı "yaşıl kredit"lərlə bağlı təlimat hazırlayıb


9-09-2024, 13:39


Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl kredit"lərin və əlaqəli digər maliyyə alətlərinin istifadəyə verilməsi üçün təlimat formalaşdırıb.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.

"Bu təlimat "yaşıl taksonomiya" ilə sıx bağlıdır, artıq AMB-nin İdarə Heyətinə təqdim edilib, növbəti həftələrdə onun təsdiq edilməsi gözlənilir", - deyə K.Məmmədov qeyd edib.


Geri qayıt