Əsas Səhifə > REGİON > “Akkuyu” AES-in ilk enerji bloku 2025-ci ildə işə salına bilər

“Akkuyu” AES-in ilk enerji bloku 2025-ci ildə işə salına bilər


9-09-2024, 09:53


Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

“Akkuyu” AES-in ilk enerji blokunun 2025-ci ildə, dördünün də 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılır. Atom Elektrik Stansiyası tam işə düşdükdən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 %-ni ödəyə biləcək”, - o bildirib.

A.Bayraktarın sözlərinə görə, “Akkuyu” AES-də istehsal olunacaq təmiz və karbonsuz enerjinin karbon emissiyalarını 30 milyon ton azaldacaq: “Bu, həm Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi, həm də iqlim dəyişikliyi ilə mübarizə baxımından son dərəcə vacibdir”.

Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk AES-dir. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.


Geri qayıt