Əsas Səhifə > SİYASƏT > Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq


5-09-2024, 12:44


Bu il Laçın və Füzuli şəhərlərində “Smart DOST” məntəqələri yaradılacaq.

Bildirilib ki, bu istiqamətdə hazırlıq işləri aparılır: "Bundan əvvəl 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi açılıb".

Qeyd edək ki, “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana bilər.

Şəffaflıq.az


Geri qayıt