Əsas Səhifə > Hadisə > Suraxanıda yol-nəqliyyat hadisəsində 29 yaşlı gənc yaralanıb
Suraxanıda yol-nəqliyyat hadisəsində 29 yaşlı gənc yaralanıb5-09-2024, 09:46 |
Bakının Suraxanı rayonunda 29 yaşlı gənc yol qəzasında xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Məmmədov Ramil Rahim oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin çox saylı yaraları diaqnozu qoyulub. Fakt araşdırılır. Geri qayıt |