Əsas Səhifə > XARİCİ XƏBƏR > Kolumbiyada kilsə yaxınlığında terrorun qarşısı alınıb

Kolumbiyada kilsə yaxınlığında terrorun qarşısı alınıb


5-09-2024, 09:41


Kolumbiya polisi ölkənin qərbindəki Kali şəhərində terror aktının qarşısını alıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə şəhərin meri Alexandro Eder sosial şəbəkədə bildirib.

“Bu səhər polisin vaxtında gördüyü tədbirlər sayəsində biz Kali şəhərinin El-Valyado rayonunda mümkün terror aktının qarşısını ala bildik. Bu, cari ildə dördüncü terror aktı cəhdidir”, – o deyib.

Partlayıcı qurğulu avtomobil tibb mərkəzi və polis idarəsinin yanında yerləşən kilsənin yaxınlığında aşkarlanıb. Eder iqtidarın hücuma görə məsuliyyət daşıyanları yaxalamağa kömək edəcək məlumat üçün 24 min dollara qədər mükafat təklif etdiyini açıqlayıb.

Oktyabrın 21-dən noyabrın 1-dək Kalidə Bioloji Müxtəliflik üzrə Konvensiya Tərəflərinin 16-cı Konfransı keçiriləcək.


Geri qayıt