Əsas Səhifə > EKOLOGİYA > Bakı və Abşeronda güclü külək əsib - FAKTİKİ HAVA

Bakı və Abşeronda güclü külək əsib - FAKTİKİ HAVA


5-09-2024, 09:32


Bu gün saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Şəffaflıq.az-ın məlumatına görə, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.


Geri qayıt