Əsas Səhifə > ELM VƏ TƏHSİL > Məktəblərin tədris planları təsdiqlənib

Məktəblərin tədris planları təsdiqlənib


5-09-2024, 09:28


Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün

tədris planları təsdiqlənib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.


Geri qayıt