Əsas Səhifə > İdman > Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb


4-09-2024, 22:54


Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

Şəffaflıq.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə çinli Venhao Hu ilə qarşılaşıb.

Rəqibinə 6:5 hesabı ilə qalib gələn Ruslan mundialı bürünc medalla bitirib.

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurub. Daha əvvəl Cocu Səmədov (87 kq) dünya ikincisi olub.


Geri qayıt