Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda rəqəmsallaşmanın iqtisadi dəyərin yaradılmasına təsiri üçün tədbirlər açıqlanıb
Azərbaycanda rəqəmsallaşmanın iqtisadi dəyərin yaradılmasına təsiri üçün tədbirlər açıqlanıb4-09-2024, 14:58 |
Azərbaycanda rəqəmsallaşmanın tətbiqi zamanı iqtisadi dəyərin yaradılması üçün innovasiya ekosisteminin inkişafı ilə yanaşı biznes mühitində rəqəmsallaşmanın təşviqi, biznesin rəqəmsallaşmasına dəstəyin göstərilməsi vacibdir. Şəffaflıq.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib. "Bütün istiqamətlərdə rəqəmsallaşmanı təmin etsək ancaq cəmiyyət buna hazır olmasa o zaman dəyər yarada bilməyəcəyik. Bunu nəzərə alaraq bir sıra fundamental istiqamətdə təkmilləşdirmə və layihələrin həyata keçirilməsinə zərurət yaranır. Bura, infrastrukturun gücləndirməsi, hökümət buludunun inkişafı, 5G texnologiyasının genişləndirilməsi, əşyaların interneti texnologiyalarının tətbiqi, rəqəmsal idarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, süni intellektin tətbiqi və bununla bağlı yarana biləcək risklərin qarşısının alınması üçün kibertəhlükəsizliyin inkişaf etdirilməsi və son olaraq insan kapitalının inkişafı daxildir. Bütün qeyd edilən istiqamətdə müvafiq fəaliyyət həyata keçirilir", - deyə o qeyd edib. Cəmiyyətin rəqəmsallaşmasının zərurətindən danışan Ş. Əliyev bu yöndə konkret hədəflərin müəyyən olunduğunu diqqətə çatdırıb: "Belə ki, rəqəmsal hökümət istiqamətində vətəndaş və biznesdən ən azı 85 % məmnuniyyət göstəricinə nail olmaq, digital loqin sisteminin bütün dövlət orqanlarında informasiya sistemlərinə tətbiq edilməsi, rəqəmsal şəxsiyyət vəsiqəsi istifadəçilərinin 1 milyona çatdırılması, login istifadəçilərinin sayının 4 milyona çatdırılması, 3 milyon vətəndaşın elektron imza ilə təmin edilməsi, kağızsız ödənişlərin həcminin 70 %-ə çatdırılması, vətəndaş-dövlət arasında olan münasibətlərin minimum 80 %-nin rəqəmsal mühitdə baş verməsi, ən azı 65 % vətəndaşın kibertəhlükəsizlik üzrə savadlılığının təmin olunması planlaşdırılır". Geri qayıt |