Əsas Səhifə > MANŞET > Binəqədinin qaz təchizatında fasilə yaranacaq

Binəqədinin qaz təchizatında fasilə yaranacaq


4-09-2024, 10:07


Bu gün Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Şəffaflıq.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsindən İ.P.Dadaşov küçəsinə qədər yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə sentyabrın 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir quraşdırma işləri görülən zaman Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, Dərnəgül, Ş.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Geri qayıt