Əsas Səhifə > MALİYYƏ > TƏBİB auditor seçir
TƏBİB auditor seçir3-09-2024, 15:30 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki müəssisələr üzrə 2022-ci ilin birləşdirilmiş maliyyə hesabatlarının kənar auditi xidməti üçün açıq tender elan edib. Şəffaflıq.az xəbər verir ki, tenderdə iştirak haqqı 600 manat təşkil edir. Tenderdə iştirak etmək istəyənlər təkliflərini oktyabrın 2-si, saat 12:00-a qədər TƏBİB-in yerləşdiyi Bakı şəhəri, N.Nərimanov, 206A (“Capital Towers” Biznes Mərkəzi) ünvanına təqdim edə bilərlər. Təkliflərə həmin gün, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq. Geri qayıt |