Əsas Səhifə > Hadisə > Qubada avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub

Qubada avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub


3-09-2024, 14:54


Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Bildirilib ki, son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 5 sürücü saxlanılıb:

"Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 20 avtomobil sahibi də saxlanılıb.

Aşkarlanan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb".

Şəffaflıq.az


Geri qayıt