Əsas Səhifə > Dünya > ABŞ Talibanla sülh danışıqlarını qısa müddətə təxirə salır – Vaşinqtonun xüsusi elçisi
ABŞ Talibanla sülh danışıqlarını qısa müddətə təxirə salır – Vaşinqtonun xüsusi elçisi13-12-2019, 20:09 |
Birləşmiş Ştatların Taliban silahlı qruplaşması ilə sülh danışıqlarında “qısa fasilə” verilir. Bunu Əfqanıstanda ABŞ-ın əsas bazası üzərinə hücumdan sonra Vaşinqtonun xüsusi elçisi Zalmay Xalilzad deyib. Şəffaflıq.az "Azadlıq org-a istinadən bildirir ki, iki gün öncə - dekabrın 11-də Baqram hərbi bazasına hücum zamanı Taliban yaraqlıları azı iki əfqan dinc sakini öldürüb, 70-dən çox adama yaralayıb. Yaralılar arasında 5 gürcüstanlı əsgər də var. Talibanla danışıqlar ötən həftə bərpa olunmuşdu. Təxminən 3 ay öncə Prezident Donald Tramp danışıqları qəfil dayandırmışdı. “Bu gün taliblərlə görüşəndə Baqram bazasına dünənki hücuma görə qəzəbimi ifadə etdim. Taliban əfqanların sülh arzusuna cavab verməyə hazır olduğunu nümayiş etdirməlidir”, – Əfqanıstan doğumli ABŞ diplomatı tvitində yazıb. Danışıqların bərpasından öncə Tramp Şükranlıq bayramında Əfqanıstanda ABŞ əsgərlərinə baş çəkib, “Talibanın saziş istədiyinə” ümidvar olduğunu bildirib. Geri qayıt |