Əsas Səhifə > MANŞET > Azərbaycanda yanacaq qiymətlərinin dəyişdirilməsi ilə bağlı əkin subsidiyaları artırılıb
Azərbaycanda yanacaq qiymətlərinin dəyişdirilməsi ilə bağlı əkin subsidiyaları artırılıb3-09-2024, 13:33 |
Aqrar Subsidiya Şurası yanacaq qiymətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq əkin subsidiyalarını artırıb. Şəffaflıq.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, 2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymət artımının bir hissəsinin kompensasiya edilməsi məqsədilə, gələn ildən dənli və dənli paxlalılar, kartof, tərəvəz, yonca və təkrar əkinlər üçün əkin subsidiyaları artırılacaq. Şuranın qərarına əsasən, meyvəçilik sahəsində dəstək artaraq davam edəcək. Damcı suvarma sistemi ilə təmin olunmuş intensiv meyvə bağları üçün müxtəlif şərtlər müəyyən edilib: - Alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar; Subsidiya veriləcək digər meyvə bağlarında isə 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti qoyulub. Şuranın qərarına əsasən, 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək intensiv fındıq bağlarının hər hektarına 4 400 manat, intensiv nar bağlarının hər hektarına 3 min manat və intensiv zeytun bağlarının hər hektarına 5 600 manat əkin subsidiyası veriləcək. 2025-ci ilin yanvarın 1-dən mayın 31-dək: - Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv fındıq bağlarına 4 400 manat əkin subsidiyası veriləcək. Bundan əlavə, zeytun bağlarının salınmasına görə əkin subsidiyasının verilməsi üçün minimum sahənin 2025-2026 təsərrüfat ilində 50 hektar, cari təsərrüfat ilində isə 15 hektar olaraq müəyyən edilməsi nəzərdə tutulur. Geri qayıt |