Əsas Səhifə > SİYASƏT > AMİP: Parlament seçkiləri açıq rəqabət şəraitində keçirilib
AMİP: Parlament seçkiləri açıq rəqabət şəraitində keçirilib2-09-2024, 14:18 |
Səsvermə prosesi yüksək səviyyədə təşkil olundu və seçkilər ümumxalq iradəsinin təzahürü oldu. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbədənkənar seçkilərlə bağlı bəyanatında deyilir. Qeyd edək ki, səkkiz namizədlə seçkilərə qatılan partiyanın sədri Arzuxan Əlizadə Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən liderlər sırasındadır. “Legitimliyi heç bir şübhə doğurmayan növbədənkənar parlament seçkiləri açıq rəqabət şəraitində keçirilib”, - bəyanatda deyilir. Geri qayıt |