Əsas Səhifə > SİYASƏT > Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə günüdür.
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə günüdür.1-09-2024, 00:55 |
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə günüdür. Şəffaflıq.az xəbər verir ki, seçkilər ölkə ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində keçiriləcək. Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Geri qayıt |