Əsas Səhifə > FUTBOL > "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb


30-08-2024, 23:15


Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında Sumqayıtın eyni adlı klubu doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 56-cı dəqiqədə Miço Kuzmanoviç "gənclik şəhəri" təmsilçisinin qapısına vurub. Mövsümdə ikinci qələbəsini qazanan Elmar Baxşıyevin rəhbərlik etdiyi klub xallarının sayını 7-yə çatıdırb.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Şəffaflıq.az


Geri qayıt