Əsas Səhifə > BİZNES / Cəmiyyət > "20 Yanvar"ın keçidindəki mağazalar bağlanıb, cavabdeh qurum tapılmır
"20 Yanvar"ın keçidindəki mağazalar bağlanıb, cavabdeh qurum tapılmır30-08-2024, 17:14 |
Bu gündən paytaxtın alış-veriş cəhətdən işlək olan ərazisində - "20 Yanvar"ın keçidində fəaliyyət göstərən mağazalar bağlanıb. "Report" xəbər verir ki, hazırda keçiddə heç bir mağaza fəaliyyət göstərmir. Məsələ ilə bağlı orada olan mağaza sahibləri danışmaq istəməyib. Onlar yalnız mağazaların bağlanılması barədə məlumat aldıqlarını deyiblər. Bununla belə heç bir rəsmi struktur "Report"un müvafiq sorğusuna bu məsələyə aidiyyatı olmadığını deyiblər. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu sahənin onlara aidiyyəti yoxdur: "Səhər yalnızca stansiya rəisinə məlumat verilib ki, mağazalar açıq deyil. Amma heç kim də bilmir niyə açıq deyil". Bakı Şəhər İcra Hakimiyyəti və tabeliyində fəaliyyət göstərən Ticarət və Xidmət Departamenti də bunun onlara aidiyyəti olmadığını bildirib. Foto: Ehtiram Cəbiyev Şəffaflıq.az Geri qayıt |