Əsas Səhifə > ELM VƏ TƏHSİL > Sabah şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq
Sabah şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq29-08-2024, 22:00 |
|
Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi sabah - 30 avqust saat 18:00-da dayandırılacaq.Şəffaflıq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək. Geri qayıt |