Əsas Səhifə > Hadisə > Hacıqabulda xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Hacıqabulda xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb


28-08-2024, 09:06


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov saxlanılıblar.

Bu barədə  DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, araşdırmalar zamanı onların restoranın həyətində olan tikilidən 13 baş xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub. Onlar xırdabuynuzlu heyvanları Bərdə rayonunda satıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Şəffaflıq.az


Geri qayıt