Əsas Səhifə > REGİON > Vyetnam səfiri: Azərbaycan Asiya-Sakit okean regionunda uğurlu siyasət yürüdür

Vyetnam səfiri: Azərbaycan Asiya-Sakit okean regionunda uğurlu siyasət yürüdür


27-08-2024, 10:02


Azərbaycan Asiya-Sakit okean regionunda uğurlu siyasət yürüdür.

Bunu “Report”un Ankara bürosuna Vyetnam Sosialist Respublikasının Türkiyədəki səfiri Do Son Hai bildirib.

Səfirin fikrincə, Azərbaycanın xarici siyasətində Asiya qitəsi böyük əhəmiyyət kəsb edir: “Azərbaycan hökuməti bu qitədə yer alan ölkələrlə yanaşı, regionda yaradılan beynəlxalq və regional qurumlarla da yaxşı münasibətlər saxlayır".

O qeyd edib ki, region ölkələri ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin daha da genişlənəcəyinə ümid edir: "Bu mənada Azərbaycan-Vyetnama münasibətləri də təqdirəlayiqdir. Ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətt üzrə davam edir”.

Azərbaycanda olduğunu və insanlarla tanışlıqdan məmnuniyyətini ifadə edən səfir yaxın günlərdə Bakıya yenə də səfər edəcəyini, eləcə də paytaxta heyran olduğunu vurğulayıb.

Şəffaflıq.az


Geri qayıt