Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Qaxda vəzifəli şəxs VƏFAT ETDİ
Qaxda vəzifəli şəxs VƏFAT ETDİ12-12-2019, 10:13 |
Qaxda 62 yaşlı məktəb direktoru qəflətən dünyasını dəyişib. Qax şəhər 5 saylı tam orta məktəbin direktoru, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri, 1957-ci il təvəllüdlü Sevil Musa qızı Əsgərova bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib. Qeyd edək ki, 62 yaşlı Sevil Əsgərova 10 ildən çox idi ki, şəhər 5 saylı orta məktəbə rəhbərlik edirdi. O, həm də 5 ildən artıq bir müddət idi ki, YAP Qax rayon Təşkilatı Qadınlar şurasının sədri idi. Şəffaflıq.az Geri qayıt |