Əsas Səhifə > ELM VƏ TƏHSİL > Biləsuvardan olan 11 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq

Biləsuvardan olan 11 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq


25-08-2024, 22:38


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, həmin nəticələrə əsasən Biləsuvar məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 11 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.

Həmin tələbələrdən 3-ü Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin, 2-si Nəsimi kənd tam orta məktəbin, 1-i Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin, 1-i Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbin, 1-i Zəhmətabad kənd tam orta məktəbin, 1-i Çinarlı kənd tam orta məktəbin, 1-i Xırmandalı kənd 1 saylı tam orta məktəbin, 1-i isə Aşağı Cürəli kənd tam orta məktəbin məzunu olub.

Qeyd edək ki, 2024 – 2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub. Eyni zamanda 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.


Geri qayıt