Əsas Səhifə > İqtisadiyyat > Biləsuvar rayonunda artıq bir neçə gündür ki, günəbaxan yığımı başlayıb.

Biləsuvar rayonunda artıq bir neçə gündür ki, günəbaxan yığımı başlayıb.


24-08-2024, 22:15


Biləsuvar rayonunda artıq bir neçə gündür ki, günəbaxan yığımı başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, cari ildə rayon üzrə 129,8 hektar ərazidə günəbaxan bitkisi əkilib.

Hazırda sahələrdə məhsul yığımı aparılır. Bu vaxta qədər 160,8 ton məhsul əldə edilib. Bu il məhsuldarlığın 24,0 sentnerə çatdırılması proqnozlaşdırılır.

Ötən il isə rayon üzrə 59,8 hektar günəbaxan əkilib ki, bunun da nəticəsi olaraq sahələrdən 132,1 ton məhsul toplanıb. Həmçinin ötən il orta məhsuldarlıq 22,1 sentner olub.

Şəffaflıq.az


Geri qayıt