Əsas Səhifə > FUTBOL > "Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti matçını keçirəcək
"Araz-Naxçıvan" Çempionlar Liqasında növbəti matçını keçirəcək22-08-2024, 09:38 |
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu bu gün turnirin ilkin mərhələsində növbəti matçını keçirəcək. Şəffaflıq.az xəbər verir ki, B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşacaq. İsveçin Uddevalla şəhərində gerçəkləşəcək görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da səsləndiriləcək. Qeyd edək ki, ilk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq. Geri qayıt |