Əsas Səhifə > ELM VƏ TƏHSİL > Naxçıvanda ilk dəfə şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsinə işə qəbul keçiriləcək
Naxçıvanda ilk dəfə şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsinə işə qəbul keçiriləcək21-08-2024, 12:07 |
Naxçıvan Muxtar Respublikasında ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada müsabiqə yolu ilə şagird sayı 500-dək olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul həyata keçiriləcək. "Report"un yerli bürosu xəbər verir ki, bu gündən işə qəbulla bağlı sənəd qəbuluna başlanılır. Proses avqustun 26-dək davam edəcək. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək rayon (şəhər) Təhsil Şöbələrinə təqdim etməlidirlər. Müsabiqədə iştirak üçün tələb olunan sənədlər aşağıdakılardır: - kadrlar uçotunun şəxsi vərəqəsi; Namizədlər üçün tələblər: Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Şəffaflıq.az Geri qayıt |