Əsas Səhifə > FUTBOL > "Qalatasaray" Çempionlar Liqası oyununa itki ilə çıxacaq

"Qalatasaray" Çempionlar Liqası oyununa itki ilə çıxacaq


20-08-2024, 13:51


Türkiyənin "Qalatasaray" klubu İsveçrədə "Yanq Boyz"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa itki ilə çıxacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Barış Alper Yılmaz sözügedən matçda komandasına kömək edə bilməyəcək.

Ürəkbulanma, qusma və qida zəhərlənməsi aşkarlanan 24 yaşlı vinger səfərə yollana bilməyib.

Qeyd edək ki, avqustun 21-də təşkil olunacaq "Yanq Boyz" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab matçı bir həftə sonra reallaşacaq.


Geri qayıt