Əsas Səhifə > SİYASƏT > İlham Əliyev Koreyanın nümayəndə heyətini qəbul etdi - Foto
İlham Əliyev Koreyanın nümayəndə heyətini qəbul etdi - Foto11-12-2019, 19:00 |
Prezident İlham Əliyev dekabrın 11-də Koreyanın Statistika Komitəsinin sədri Kanq Şin-Uokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Şəffaflıq.az xəbər verir ki, Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uok Koreya Prezidenti Mun Ce-inin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyəli səfərlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub. Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində Koreya şirkətlərinin iştirakının iqtisadi əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb. Söhbət zamanı Azərbaycanda digər sahələrdə olduğu kimi, statistika sahəsində də islahatların aparıldığı qeyd edildi, Koreya Respublikasının bu sahədə qazandığı təcrübənin Azərbaycanda maraq doğurduğu bildirilib. Prezident İlham Əliyev Koreya Prezidenti Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Geri qayıt |