Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ qırıcı-bombardmançısı Rusiyanın "An-30" təyyarəsinə yaxınlaşıb
ABŞ qırıcı-bombardmançısı Rusiyanın "An-30" təyyarəsinə yaxınlaşıb18-08-2024, 23:45 |
ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın F/A-18 qırıcı-bombardmançı təyyarəsi Suriya səmasında Rusiya Aerokosmik Qüvvələrinə məxsus "An-30" təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb. "Report" bu barədə TASS-a istinadən xəbər verir. Məlumata görə, Homs əyalətinin Əl-Tanf rayonu üzərində 6 700 metr yüksəklikdə F/A-18 koalisiyasına məxsus qırıcı-bombardmançı təyyarənin təhlükəli yaxınlaşması baş verib. Rusiyalı ekipaj toqquşmanın qarşısını almaq üçün dərhal lazımi tədbirlər görüb. Şəffaflıq.az Geri qayıt |