Əsas Səhifə > XARİCİ XƏBƏR > “Hizbullah”ın daha bir komandiri öldürüldü

“Hizbullah”ın daha bir komandiri öldürüldü


17-08-2024, 21:58




“İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah”ın Radvan xüsusi təyinatlı batalyonunun komandirini məhv edib”.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“Bu gün səhər saatlarında Sur şəhəri ərazisində Hüseyn İbrahim Kassebi məhv edilib”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail Ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının silah anbarına aviazərbələr endirib.


Geri qayıt