Əsas Səhifə > ELM VƏ TƏHSİL > BDU-nun dosenti vəfat etdi

BDU-nun dosenti vəfat etdi


17-08-2024, 21:35




Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib.

N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə "Ümumi qeyri-lokal sərhəd şərtli Steklov tipli məsələlərin araşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Fizika-riyaziyyat elmləri namizədi, dosent N.Süleymanov 1978-ci ildən indiyədək BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb. 60-dan çox elmi və metodik işin müəllifi idi.


P.S. "Şəffaflıq" qəzetinin baş redaktorunun birinci müavini Yanoş Mahmud oğlu Məhərrəmov bildirir ki, BDU-nun "tətbiqi riyaziyyat və kibernetika" fakultəsində oxuyarkən alim, dosent Nizami Süleymanov, onun müəllimi olmuşdur. Odur ki, Yanoş Məhərrəmov, müəllimi mərhum Nizami Süleymanovun vəfat etməsinə kədərləndiyini bildirir və "Şəffaflıq" qəzetinin rəhbərliyi və kollektivi adından onun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. 

Allah rəhmət eləsin...


Geri qayıt