Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya XİN-dən təcili çağırış: Ukrayna ordusu Kursk AES-ə hücuma hazırlaşır

Rusiya XİN-dən təcili çağırış: Ukrayna ordusu Kursk AES-ə hücuma hazırlaşır


17-08-2024, 21:26




Ukrayna ordusunun Kursk Atom Elektrik Stansiyasına (AES) mümkün hücumu Avropada genişmiqyaslı texnogen fəlakətlə nəticələnə bilər.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rusiya Federasiyası beynəlxalq təşkilatları Kiyevin nüvə obyektlərində hazırladığı təxribatları dərhal pisləməyə çağırıb.

XİN-dən bildirilib ki, beynəlxalq ictimaiyyət mümkün hücumların Avropa qitəsi üçün yaratdığı təhlükəni başa düşməlidir.


Geri qayıt