Əsas Səhifə > XARİCİ XƏBƏR / SAĞLAMLIQ > Meymunçiçəyi virusu əvvəlkindən daha sürətlə yayılır: ÜST-dən XƏBƏRDARLIQ

Meymunçiçəyi virusu əvvəlkindən daha sürətlə yayılır: ÜST-dən XƏBƏRDARLIQ


17-08-2024, 07:41


Meymunçiçəyi virusu (mpox) əvvəlkindən daha sürətlə yayılıb, həmçinin yüksək ölüm nisbətinə sahibdir.

Şəffaflıq.az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Margaret Harris xəbərdarlıq edib.

O, bu xəstləliyin xüsusilə immun sistemi zəif olanlar və uşaqlar üçün daha təhlükəli olduğunu bildirib.

Harris meymunçiçəyinin hazırda müəyyən bir müalicəsinin olmadığını, lakin dəstəkləyici müalicələrin bu virusa yoluxan xəstələr üçün istifadə edildiyini qeyd edib.

Meymunçiçəyi hallarının təmas yolu ilə yayıldığını dilə gətirən Harris daha çox yayılmanın qarşısını almaq üçün bu məsələni diqqətdə saxlamağa çağırıb.

Qeyd edək ki, Afrikada meymunçiçəyi (mpox) xəstəliyinin yayılması Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyini səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməsinə səbəb olub. Artıq Avstraliya, İsveçrə və Pakistanda ilk yoluxmalar qeydə alınıb.


Geri qayıt